Müxalifətə hücumları dayandırın - "Yuxarıdan" tapşırıq

Rusiya rəhbərliyi regional hakimiyyətlərə müxalifətçilərə qarşı hücumları dayandırmaq barədə tapşırıq verib.

Virtualıaz.org bildirir ki, bu barədə qazeta.ru Kremldəki mənbələrinə istinadən məlumat yayıb.

"Belə hücumlar faktiki olaraq yalnız onların tanınmasına gətirir", — deyə mənbələrdən biri qərarı şərh edərkən vurğulayıb.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına da cinayətlərin qarşısını almaq və cinayətkarları məsuliyyətə cəlb etmək məsləhət görüləcək.

Bununla birlikdə başqa mənbə qeyd edib ki, qubernatorlar belə məsələlərdə təşəbbüs göstərmək istəmir və atdıqları addımları rəhbərliklə razılaşdırmağa üstünlük verirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar