Zərdabda 32 yaşlı kişi bıçaqlanıb

BicaqBakı şəhər sakini Zərdabda bıçaqlanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Bıçaqçı kəndində keçirilən toy məclisində baş verib.

Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Zamiq Sərdar oğlu Salikov boğaz və qarın nahiyyələrindən aldığı bıçaq xəsarətləri ilə Zərdab Rayon Mərkəzi xəstəxanasına, oradan isə Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

İlkin məlumata görə, cinayəti törədərək hadisə yerindən qaçan şəxs gəlinin yaxın qohumu, Ağdaş rayon sakinidir. Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar