İrqçiliyə məruz qaldı, meydanı tərk etdi

“Peskara”nın futbolçusu Salli Muntari irqçiliklə üzləşib.

Qol.az-ın yaydığı xəbərə görə, İtaliya A Seriyasının 34-cü turunda “Kalyari” öz meydanında “Peskara” ilə qarşılaşıb. Ev sahibi komandanın 1:0 hesabı ilə qalib gəldiyi matçın son dəqiqələrində “Kalyari” azarkeşləri rəqib komandanın futbolçusu Salli Muntariyə irqçi şüarlar səsləndirib.

32 yaşlı yarımmüdafiəçi vəziyyəti ilk olaraq matçın baş hakiminə bildirib. Ancaq azarkeşlər hakimin xəbərdarlığına məhəl qoymayıb. Qanalı futbolçu şüarlara tab gətirə bilməyib və meydanı tərk edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar