Roma Papası ABŞ və KXDR arasında vasitəçi ölkəyə ehtiyac duyur

papa_francisk_181013AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Roma Papası Amerika Birləşmiş Ştatları (ABŞ) ilə Koreya Xalq Demokratik Respublikası (KXDR) arasında vasitəçi ölkəyə ehtiyac olduğunu bildirib. O, bəyan edib ki, ABŞ Prezidenti Donald Trampla görüşməyə hazırdır.

«Mən, isitənilən dövlətin görüş istəyən başçısını qəbul edirəm» - deyə, Papa Qahirədən Vatikana uçarkən jurnalistlərə bildirib.

Bundan əvvəl xəbər verilib ki, Tramp Siciliyaya səfər edəcək və mayın 26-27-də burada «böyük yeddilər»in illik sammitinin keçiriləcəyi planlaşdırılır.

Ağ ev ABŞ Prezidentinin yolüstü Romada dayanıb-dayanmayacağı məsələsini dəqiqləşdirməyib.

Şimali Koreya ətrafında yaranmış vəziyyəti şərh edərkən, Roma Papası bəyan edib ki, Vaşinqtonla Pxenyan arasında münasibətləri tənzimləmək üçün vasitəçilik edəcək üçüncü tərəfə ehtiyac var.

«Dünyada çoxlu sayda koordinatorlar var, vasitəçilər var ki, öz xidmətlərini təklif edirlər - məsələn, Norveç kimi. O, hər zaman kömək etməyə hazırdır. Bu, yalnız biridir, amma onların sayı çoxdur. Çıxış yolu - danışıqlar, diplomatik həll yoludur» - deyə, Fransisk qeyd edib.

Onun sözlərinə görə, «raket (KXDR - red.) ətrafında vəziyyət bir ildən artıqdır ki, yetişirdi. Mənə elə gəlir ki, vəziyyət həddindən artıq gərginləşib».

«Biz, bəşəriyyətin gələcəyi barədə danışırıq. Bu gün genişmiqyaslı müharibə, mən deməzdim ki, bəşəriyyətin yarısını, amma böyük hissəsini və mədəniyyəti, hər şeyi məhv edər. Bu, dəhşət olardı. Mən hesab etmirəm ki, bu gün bəşəriyyət buna tab gətirə bilər» - deyə, Papa fikrini tamamlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar