Kibariyə Azərbaycanda villa aldı - "Burda qalacam"

Ötən gün Azərbaycana gələn Türkiyənin tanınmış müğənnisi Kibariyə maraqlı açıqlama verib.

Lent.az-ın məlumatına görə, jurnalistlərin suallarını cavablandıran ifaçı bildirib ki, bu gün Azərbaycandan özünə yeni mənzil alıb: "Buranı çox bəyəndim. Həyat yoldaşım da buranı bəyəndi. Şüvəlandan özümə yeni ev aldım. Artıq bura tez-tez gələcəm. Bakıda da qalacam. Burada mənə qarşı çox xoş münasibət var".

Qeyd edək ki, Kibariyə Bakıda azərbaycanlı müğənni Zenfira İbrahimova ilə konsert verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar