Putin Soçidə Merkellə görüşüb

AzPolitika.info Rusiya KİV-nə istinadla xəbər verir ki, Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putin Soçidə Almaniya Federativ Respublikasının (AFR) kansleri Angela Merkellə görüşüb. Rusiya Prezidentinin sözlərinə görə, tərəflər «ən problemli nöqtələr» üzrə gəzişərək, ikitərəfli münasibətləri müzakirə edəcəklər.

«Çox sağ olun ki, Siz bizə gəlməyi və Hamburqda «İyirmilərin görüşünə» hazırlığın necə getdiyi barədə bizləri məlumatlandırmağı mümkün saydınız. Əlbəttə, biz, bu səfərdən istifadə edib, ən problemli nöqtələr üzrə ikitərəfli münasibətlərdən danışmaq imkanından istifadə etməyə bilmərik. Mən, Ukraynanı, Suriyanı, ola bilsin ki, hansısa digər bölgəni nəzərdə tuturam» - deyə, Putin bildirib.

Merkel də öz növbəsində, Rusiyanı «Böyük iyirmilik»də mühüm həmkar adlandırıb: «Əlbəttə, biz, Rusiyanın mühüm həmkar olduğu «Böyük iyirmilik»də vəziyyəti müzakirə edəcəyik…».

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar