Tatarıstan prezidenti həyat yoldaşından 313 dəfə az qazanır

Tatarıstan Muxtar Respublikasının (Rusiya) Prezidenti Rüstəm Minnixanov 2016-cı ildə 7,51 mln. rubl (təxminən 225 min manat) qazanıb.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, o, bu göstərici ilə həyat yoldaşı Gülsin Minnixanovadan 313 dəfə geri qalıb.

Muxtar respublika rəhbərinin xanımının ötən il 2,35 mırd. rubl. (təxminən 70,5 mln. manat) gəlir əldə etdiyi bildirilir.

R.Minnixanovun 263,2 kv.metrlik və 174,6 kv.metrlik 2 mənzili, 110,7 kv.m-lik qonaq evi, 17,76 hektarlıq və 4,15 hektarlıq iki torpaq sahəsi, 15,8 kv.m-lik qarajı var.

G.Minnixanovanın isə Birləşmiş Ərəb Əmirliklərində 222,2 kv. m-lik mənzilə və 2 parkinqə sahib olduğu və bu əmlakı irsi yolla əldə etdiyi deyilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar