Qripdən canımız qurtarır - Amma necə?

qripHind alimləri Hydrophylax bahuvistara növünə aid qurbağaların qrip ştammlarını məhv etməyə qadir olan maddələr ifraz etdiyini müəyyən ediblər.

Trend-in məlumatına görə, tədqiqatçılar Hindistanın cənub hissəsində yaşayan amfibiyaların seliyində mövcüd olan müxtəlif zülal molekullarını təhlil edərək seliyin tərkibinə daxil olan 32 peptiddən dördünün antivirus xüsusiyyətlərinə malik olduğunu müəyyən ediblər. Onlardan yalnız biri – urumin adli peptid insanın qan hüceyrələri üçün zərərsizlik yoxlamasından uğurla keçib.

Bu maddənin qrip virusları üçün dağıdıcı təsir göstərdiyi sübuta yetirilib. Belə ki, urumin virus hissəciklərinin səthində yerləşən və onların əsas hüceyrəyə daxil olmasına imkan verən hemmaqlutinini (Н1) məhv edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar