İlyas İsmayılov seçki günü səsvermədə iştirakdan imtina etdi - AÇIQLAMA

“Mən 9 oktyabr tarixində keçiriləcək prezident seçkisinin səsverməsində iştirak etməyəcəm”. Bunu Modern.az saytına açıqlamasında Ədalət Partiyasının sədri, millət vəkili, prezidentliyə namizəd İlyas İsmayılov deyib. Onun sözlərinə görə, seçki məntəqəsinə gedib özünə səs verməsi düzgün deyil.

“Digərlərinə də səs verə bilmərəm. Ona görə səsverməyə getməyəcəm”-deyə İ.İsmayılov vurğulayıb.

Qeyd edək ki, Ədalət Partiyasının sədri İctimai TV-də namizədlərin canlı debatında da iştirak etmir. O bu barədə mövqeyini belə əsaslandırıb ki, özünün səlahiyyətli nümayəndəsinə etibar edir.

İlyas İsmayılov Azərbaycanda keçirilmiş prezident seçkilərində iki dəfə -1992 və 2003-cü illərdə namizəd olub. Onun rəqibləri mərhum Əbülfəz Elçibəy və hazırkı dövlət başçısı İlham Əliyev olub. Bu il keçirlən seçki keçmiş baş prokurorun siyasi baqajında olan 3-cü kampaniyasıdır.

9 oktyabrda keçiriləcək prezident seçkisində 10 namizəd şansını sınayır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar