Erməni ailəsini öldürən rusiyalı hərbçi cəzasını Rusiyada çəkəcək

Ermənistanda Avetisyanlar ailəsinin 7 üzvünün qətlində təqsirli bilinərək ömürlük həbs cəzası məhkum edilmiş rusiyalı hərbçi Valeri Permyakov cəzasını Rusiyada çəkəcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Şimali Qafqaz Dairə Hərbi Məhkəmənin nümayəndəsi bildirib.

“Əlbəttə ki, o cəzasını Rusiyada çəkəcək”, - deyə adı çəkilməyən nümayəndə bildirərək, Permyakovun Rusiyanın hansı bölgəsində cəza çəkəcəyini açıqlamayıb.

Ermənistanın Ədliyyə Nazirliyi bundan əvvəl Permyakovun Rusiyada cəza çəkən Ermənistan vətəndaşı Qraçya Arutyunyanla dəyişdirilməsinin mümkünlüyünə dair xəbərləri təkzib edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar