BÖYÜK FƏLAKƏTİN BİR ADDIMLIĞINDA! – KXDR-in nüvə hücümü təhlükəsi ciddiləşir

Nəyə görə Şimali Koreyanın nüvə təhlükəsinə ciddi yanaşmaq lazımdır?

Dünyanın böyük bir hissəsi Pasxa bayramın keçirdiyi zaman, Şimali Koreya “Günəş günü”nü qeyd edirdi. Şimali Koreyada həmin gün ölkənin əsasını qoymuş “əbədi prezident” Kim İr Senin (1912-1994) doğum günüdür. Paytaxt Pxenyanda minlərlə əsgər, hərbi texnika və ən başlıcası isə ballistik raketlər ölkənin indiki rəhbəri Kim Çın Inın (Kim İr Senin nəvəsi) qarşısında düzülmüşdü. Amma Şimali Koreyanın döyüş hazırlığını göstərən bu parad əvvəlkilərə bənzəmirdi.

Əsl həqiqətdə bu parad yox, niyyətin kobud nümayişi idi. Buna sübut: Şimali Koreyadan atılan ballistik raketin Amerika şəhərini necə məhv etməsi haqqında Pxenyan rejiminin hazırlatdırdığı video çarxdır.

Çox ehtimal ki, bu video çarx ABŞ Hərbi Dəniz Qüvvələrinin “Karl Vinson” aviadaşıyanı və onu müşahidə edən donanmanın Koreya dəniz sularına gəlişi ilə bağlıdır.

- ABŞ daha yaxına gəlir

 

Aydındır ki, Tramp Şimali Koreyanın nüvə proqramı ilə əlaqədar yaranmış böhranın həll edilməsinə ABŞ-ın hazır olduğunu göstərmək istəyir. “Karl Vinson”un Koreya sularına gəlməsi faktı, ABŞ və Şimali Koreya arasındakı hərbi münaqişənin baş vermə ehtmalını göstərir.

Buradakı başlıca məsələ Şimali Koreyanın əlində ABŞ və onun regional müttəfiqləri - Cənubi Koreya və Yaponiyaya qarşı istifadə edə biləcəyi nüvə silahının olub-olmamasıdır. Hələ ki, Şimali Koreyanın Amerikan şəhərini dağıda biləcək nüvə başlıqlı qitələrarası ballistik raket buraxmaq qabiliyyətinə malik olması az inandırıcıdır.

Şimali Koreya alimləri hələ ki, uzaq məsafələrə uça və həm də ki, kosmosa qalxıb, sonradan atmosferə qayıtdıqda bütov şəkildə hədəfləri vuran raketlərin yaradılması texnologiyasını mənimsəyə bilməyiblər.

Amma illər ərzində Şimali Koreyanın həyata keçirdiyi sınaqlar, onların mürəkkəb elmi tapşırığı - işləyə bilən ballistik nüvə raketlərinin yaradılmasına bir qədər də yaxınlaşdırıb. Ona görə də, ABŞ bu cür sınaqların davam etdirilməsinə qarşı çıxır.

Xüsusi mühüm məsələ keçirilən sınaqlar nəticəsində Pxenyanın kiçik başlıqlı orta mənzilli raketlərin yaradılması üçün texniki tələblərin öhdəsindən gələ bilməsidir. Şimali Koreyanın əlindəki orta mənzilli raketlərin sayı, Cənubi Koreya və ya Yaponiyadakı Amerikan hərbi bazalarına zərbə vurmaq üçün kifayət edir. Bu bazalarda 80 min amerikalı əsgər var.

- Fəlakət yaxınlaşır

Bəlkə də, bu bazaları məhv etmək qabiliyyətindəki orta mənzilli raketlərə yerləşdirmək üçün Şimali Koreyanın əlindəki nüvə başlıqlarının sayı 20-dən azdır. Ola bilər ki, bəlkə də vəziyyət belə deyil. Ancaq Tramp administrasiyası amerikalı əsgərlərin həyatı ilə risk etmək istəmir.

ABŞ-ın hesablamasındakı səhvin dəyəri 80 min amerikan hərbçisi və həmçinin də Cənubi Koreya və Yaponiyanın saysız miqdardakı dinc sakinlərinin həyatı ola bilər. Şimali Koreya tərəfindən həyata keçiriləcək nüvə hücumu, humanitar, iqtisadi və təbii fəlakətə gətirib çıxarar.

Bax, ortada dayanan problem indi belədir. ABŞ Çinə təzyiq göstərir ki, o, öz müttəfiqi Şimali Koreyanı nüvə proqramından imtinaya inandırsın.

Əgər Çin və digər ölkələr Kim Çin Inı durdura bilməsələr, onda ABŞ peyk vasitəsilə aşkarlanması mümkün olan Şimali Koreyanın nüvə obyektlərini dağıtmaq üçün hərbi gücdən istifadə etmək məcburiyyətində qalacaq.

“Karl Vinson”un Koreya yarımadası sularına yollanılması qərarı, Şimali Koreya tərəfindən gələ biləcək nüvə təhlükəsi ilə bağılı əldə olunan yeni kəşfiyyat məlumatlarının nəticəsində verilib.

- Həyacanlı qarşıdurma

 

Bəs, nəyə görə Şimali Koreya Şimal-Şərqi Asiyadakı Amerikan hərbi bazalarına qarşı nüvə silahından istifadə etmək istəyir?

Xatırlatmaq lazımdır ki, texniki baxımdan Şimali və Cənubi Koreya 1950-ci ildən müharibə vəziyyətindədirlər. Koreya müharibəsi 1953-cü ildə sülhlə yox, atəşkəslə bitib. ABŞ Şimalın istənilən təcavüzünə qarşı Cənubu qorumq üçün ona həmişə hərbi yardım göstərmək qərarında olub.

Şimali Koreyanın böyük ordusu var və əsgərlərinin sayı bir milyondur. Cənubi Koreyada isə, bu rəqəmin heç yarısı da yoxdur. Lakin münaqişə zamanı Cənubi Koreyada səfərbərlik aparılarsa, onda bir milyonluq ordu meydana çıxa bilər.

Beləliklə, müharibə baş verəcəyi təqdirdə özünün üstün texnoloji avadanlıqları, təyyarələri və gəmiləri ilə ABŞ-ın hərbi potensialı Cənuba daha böyük şans verir. Elə məhz bu səbəbdən də, Pxenyan nüvə silahından istifadə etmək yoluyla Amerikan hərbi bazalarını dağıtmaqla, Cənubi Koreyanı bu üstünlükdən məhrum etmək niyyətindədir. Ona görə də, Kim Çen Inın yaratdığı nüvə təhlükəsinə çox ciddi yanaşmaq lazımdır.

(“The Conversation”-Böyük Britaniya)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar