Türkiyədə təhlükəsizlik idarəsinin müdiri FETÖ işi üzrə rüşvət alıb

polis_turk_171213Türkiyənin Mersin əyalətinin Erdemli rayon təhlükəsizlik idarəsinin müdiri Əli Doğan və adı açıqlanmayan A.E. 70 min lirə (25 min 278 dollar) məbləğində rüşvət almaqda şübhəli bilinərək tutulublar.

“Report” DHA-ya istinadən xəbər verir ki, onlar bir nəfəri Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı istintaqdan qurtaracaqlarını vəd ediblər.

Mersin əyalət prokurorluğu FETÖ ilə əməkdaşlıqda ittiham edərək, həmin adama qarşı cinyət işi açıb. Təhlükəsizlik İdarəsinin müdiri Əli Doğan isə 70 min lirə rüşvət qarşılığında onu istintaqdan qurtaracaqlarını boyun olublar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar