Pekini qum fırtınası bürüyüb! - Şəhərin səması sarı-zəhər rəngi alıb…

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, artıq ikinci gündür ki Pekin şəhərində qum fırtınası tüğyan edir. Yaşanan təbiət hadisəsi şəhərin havasını korlayıb və ətrafı toz dumanına bürüyüb. Xəbəri «People's Daily» yayıb.

Şəhər hakimiyyəti «göy səviyyə» təhlükəsi elan edib. Şəhər sakinlərinə küçədə çox olmamaq, yaşlılara və uşaqlara evdən çıxmamaq təösiyyə olunub.

Rəsmi məlumata görə, cümə axşamı səhər saatlarına havada xırda hissəciklərin miqdarı bir kubmetrdə 630 mikroqram həddinə çatıb. Bu, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyyə etdiyi normadan 60 dəfə çoxdur.

Məktəblərdə və uşaq bağçalarında məşğələlər dayandırılıb. Açıq havaya çıxanlara qoruyucu maska geyinmək tövsiyyə olunub.

Məlumata görə, fırtına buraya qonşu Monqolustan ərazisindən keçib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar