Qadın baş ağrısından şikayətləndi - Həkim onun qulağından hörumçək çıxartdı!

hekim«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Britaniyada qadın pasiyent həkimə baş ağrısından şikayətənib. Hakim onu bir neçə dəfə təkrar müayinə edənlən sonra, qulağına girmiş hörümçəyi çıxardıb.

Qadının sözlərinə görə, ölçülərinin kiçik olması və rənginin seçilməməsi səbəbindən dolayı, həşəratı qulaq kanalında görmək mümkün olmayıb. Amma o, uzun müddət baş ağrısından şikayətlənib və bildirib ki, qulaq nahiyəsində nə isə tərpəşir. Sifəti qızarıb və şişən qadın həkimə müraciət edib və bir neçə dəfə müayinədən keçib. Sonda baş həkim işə qarışmalı olub…

«Mən hiss edirdim ki, daxildə nə isə tərpəşir və qıdıqlayır. Hoppanmaq, qışqırmaq istəyirdim, amma həkimlər qulağımda heç nə tapa bilmirdilər» - deyə, Anjela Kolborn ad-soyadlı pasiyent danışıb.

Həkim qadının qulağına yağ töküb və hörümçəyi yağda «boğub», sonra isə maqqaşla oradan çıxardıb. Təkrar yoxlanma zamanı pasiyent qulağında ağrıların çəkildiyini bildirib.

Qadın deyib ki, qızını məktəbə apararkən, hörümçək əvvəlcə onun saçlarının üstünə düşüb, oradan isə qulağına girib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar