Ərdoğan Afrikada hakimiyyəti ələ alır - Qərb narahatdır

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Afrika qitəsində hakimiyyəti ələ almaq istəyir.Axar.az xəbər verir ki, bu iddia ilə İsveçrənin “Neu Zürçer Zeytunq” nəşri çıxış edib.

Qəzetdə yayımlanan məqalədə bildirilib ki, Türkiyə Afrika ölkələrinə öz yerli məhsullarını ixrac etməyi planlaşdırır:“Türkiyə müsəlman ölkələrində özünün mədəni və diplomatik hakimiyyətini yaratmaq istəyir. Bunun üçün də Afrika xalqları ilə Osmanlı keçmişi arasında ideoloji təməl qurulur”.

Qeyd edək ki, Ərdoğan baş nazir və prezidentlik dönəmlərində Afrikanın 23 ölkəsinə 39 səfər həyata keçirib.

"Azpolitika.info" onu da qeyd edir ki, Osmanlının süqutundan sonra Afrikanı işğal edib, soyub-talayan Qərb dövlətləri Türkiyənin bu qitəyə qayıtmasından narahatdır. Çünki Ərdoğan hökuməti Afrikanın zəngin sərvətlərini talayaraq, özlərinə yüksək həyat şəraiti qurmuş, bu ölkələi isə səfalətə düçar etmiş Qərb dövlətlərinin bu siyasətini durdurmaq istəyir. Afrika ölkələtrilə sıx iqtisadi-siyasi əlaqəılər quraraq, onları Qərbin təsirindən çıxarmağa şalışır. Qərbdəki bəzi dairıələrin Ərdoğanı devirmək cəhdlərinin arxasında həm də bu amil dayanır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar