DAHA BİR BANK ÇÖKDÜ - 600 nəfər ixtisar edildi, 14 filial qapadıldı

AccessBank da kütləvi ixtisarlar baş verib. Bu barədə istiqlal.az-a bankdakı mənbələrdən məlumat daxil olub. Mənbənin sözlərinə görə, apreldə bankın 600 əməkdaşı ixtisar edilib.

İxtisarlara səbəb bankın gəlirlərinin əvvəlki illərə nisbətən qat-qat aşağı düşməsi, pullarını banklarda saxlayan şəxslərin kütləvi formada banklardan pullarını geri çəkməsi, kredit alanların kəskin şəkildə azalmasıdır.

Mənbənin sözlərinə görə, eyni zamanda bankın 14 filialı da qadılıb. İlin sonuna kimi bankın lisenziyasının geri alınması və rəsmən müflis olacağı gözlənilir. Bankın xarici təsisçiləri də artıq banka kənarda sərmayə cəlb etmək iqtidarında deyil - deyə mənbə vurğulayıb.

Lakin bankdan bu məlumarı təkzib ediblər. Banker.az-ın bankdan aldığı rəsmi məlumatda bildirilir ki, qeyd olunan məlumat həqiqətə uyğun deyil.

“Tam əminliklə bildiririk ki, bu məlumatlar tamamilə əsassızdır. Hal-hazırda AccessBank-ın maliyyə vəziyyəti sabitdir və Bank bazar şəraitinə uyğun inkişaf strategiyasını tətbiq edir. Hazırki dəyişkən iqtisadi şəraitə rəğmən mart ayında Bankın kapitalı əhəmiyyətli dərəcədə artırılıb. Bu isə, bir daha təsdiq edir ki, səhmdarları nüfuzlu beynəlxalq təşkilatları  olan AccessBank, təsisçiləri tərəfindən güclü dəstək alır. Biz rəqabətli məhsul çeşidimizlə müştərilərimizə hərtərəfli dəstək və xidmət göstərməkdə davam edir,  Azərbaycanın aparıcı maliyyə təşkilatı kimi güclü mövqeyimizi qoruyub saxlayırıq. Həmçinin, qeyd etmək istərdik ki, Bank korporativ bankçılığın və onlayn bankinqin inkişaf etdirilməsi ilə bağlı olaraq filial şəbəkəsində bəzi təkmilləşdirici prosesləri həyata keçirir, ərazi cəhətdən bir-birinə yaxın olan filialları birləşdirərək onları iri regional xidmət və satış mərkəzlərinə çevirir”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar