«Bütün bombaların anası…» - Bu sözlər Roma Papasını utandırıb!

papa_francisk_181013AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Roma Papası Fransisk Amerika Birləşmiş Ştatlarının (ABŞ) böyük gücə malik GBU fuqas aviabombasının «bütün bombaların anası…» adlanlırılmasını tənqid atəşinə tutub. Xəbəri «Il Messaggero» nəşri yayıb.

Din xadiminin sözlərinə görə, silaha yönəlik «ana» sözünün işləndiyini eşidərkən, xeyli utanıb.

«Ana - həyat verir, silah isə özündə ölümm daşıyır. Biz, hələ bir bu qurğunu ana da adlandırırıq?! Nə baş verir axı?» - deyə, Papa təssüflə qeyd edib.

Bundan əvvəl ABŞ hərbçiləri sözügedən bombanı ilk dəfə Əfqanıstanda tətbiq ediblər. Hərbçilərin hədəfi terrorçuların daldalandığı tunellər olub. Pentaqonun məlumatına görə, aviazərbə nəticəsində 36 terrorçu həlak olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar