Kanadanın hərbi texnikası Latviyada! - NATO taborunun sərəncamına veriləcək

natoAzPolitika.info xarici KİV-ə istitnadla xəbər verir ki, Kanadaya məxsus hərbi texnika Latviyaya gəlib. Texnika NATO taborunun silahlanmasına veriləcək və bu Baltik respublikasının ərazisində saxlanacaq.

Döyüş texnikasının sırasında yüngül zirehli maşınlar (LAV) da var. Bütün bunlar Latviyada xidmət keçən Kanada hərbçiləri tərəfindən istismar olunacaq. Xəbəri Latviya müdafiə nazirliyinin (MN) mətbuat xidməti yayıb.

«Bu gün Kanada silahlı qüvvələrinin zirehli texnikası Riqa limanına gəlib. Texnika Kanadanın başçılıq etdiyi çoxmilli NATO taboruna dəstək məqsədilə göndərilib. Taborun özünün gəlişi isə cari ilin iyununa gözlənilir…» - deyə, idarənin xəbərində söhbət açılır.

Tabor Latviyanın Adaji şəhərində dislokasiya olunacaq. Texnika ilə birlikdə Latviyaya həm də yayşayış sahəsinin və döyüş texnikasına xidmət göstəmək üçün tikililərin hazırlanması məqsədilə tikinti materialları da gətirilib.

Xatırladaq ki, ayın əvvəlində NATO bazasının tikintisi üçün Kanadadan Latviyaya 50 nəfər hərbi mühəndis də gəlib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar