"Rusiya bizi mat qoydu" - ABŞ-dan tarixi etiraf

ABŞ Arktika bölgəsində nüfuzunu itirmə riski ilə üzləşdiyi vaxt Rusiya orada hərbi varlığını və sənaye potensialını sürətli şəkildə artırdı.

Axar.az xəbər verir ki, bunu ABŞ Sahil Təhlükəsizlik komandanı, admiral Paul Zukunft deyib.

O bildirib ki, ABŞ-ın texniki imkanları şimal bölgələrin islahına imkan vermir:

“Rusiya donanmasında buzqıran 40 gəmi olduğu halda, bizdə cəmisi 2-dir. Arktika bölgəsində marağı olan ölkələrin Rusiyaya çatmaq üçün uzun zamana ehtiyacı var. Lakin Moskva həmin regionda geopolitik rəqibləri ilə mübarizə aparmaq üçün deyil, iqtisadi mənafeyi üçün varlığını artırır”.

Admiral onu əlavə edib ki, Arktikada buzlaqların əriməsi mədən çalışmaları üçün əlverişli şərait yaradır:

“Hazırda bütün fiqurlar şahmat taxtasındadır. Lakin bizim yalnız piyadamız və topumuz var. Əgər Arktikanı şahmat oyunu ilə müqayisə etsək, rusların bizə şah verib mat etdiklərini görərik”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar