Rusiya gəmiləri qəflətən Peterburq ərazisini tərk ediblər! - Səbəbi məlum deyil…

AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Rusiyanın hərbi gəmiləri dünən qəflətən Sankt-Peterburq ərazisini tərk ediblər. Onlar Neva hövzəsinə Qələbə günü münasibətilə keçiriləcək təntənələrdə iştirak etmək məqsədilə göndərilmişdi.

Səhər tezdən məlum olub ki, Neva hövzəsindəki «Dvartsovsk» və «Blaqoveşensk» körpülərinin arası boşdur. Amma bu ərəfədə ərazidə Baltik donanması gəmilərinin bütöv bir dəstəsi lövbət salmışdı. Onlar hamısı hərbi-dəniz paradında iştirak etmək üçün gəlmişdi.

«Fontanki.ru» nəşrinin məlumatına görə, yaxın vaxtlada yerdə qalan gəmilərin də Nevanı tərk edcəyi gözlənilir. Nəşrin məlumatına görə, bir sıra gəmilər Kronştadt buxtasını da tərk ediblər. Onlar Peterburq sularına daxil olmalı idilər, amma buna macal tapmayıblar.

Qələbə gününü gözləmədən, gəmilərin tələm-tələsik «yoxa çıxması» və haraya üz tutması barədə heç bir xəbər verilmir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar