İstanbul derbisində 90+4 şoku - "Beşiktaş" özünü "vurdu"

Bu gün Türkiyə superliqasının 30-cu turunda derbi oyunu keçirilib.

Qol.az-ın xəbərinə görə, lider “Beşiktaş” əsas izləyicilərindən olan “Fənərbağça”nı qəbul edib. Oyunun gedişatında hesabda irəlidə olan “Beşiktaş” matçın son dəqiqəsində qol buraxaraq vacib qələbəni əldən verib.

“Beşiktaş” – “Fənərbağça” – 1:1

Qollar: Vinsent Abubakar, 45 (1:0), Marselo, 90+4-avtoqol (1:1)

Bu heç-heçədən sonra “qara-qartal” çempionatın bitməsinə 4 tur qalmış xalını 65-ə (30 oyundan sonra) yüksəldib. “İstanbul Başakşehir” 30 oyundan 63 xalla 2-ci, “Fənərbağça” 57 xalla (30 oyun) 3-cü yeri tutur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar