Qaxda 25 yaşlı gənc çaya yıxılaraq ölüb

Qax rayonunda 25 yaşlı gənc çaya yıxılaraq ölüb

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında, rayonun Qum kəndində baş verib.

Belə ki, 25 yaşlı Qum kənd sakini Səxavət Mikayılovun meyiti Qum çayının kəndin ərazisindən keçən hissəsində həmkəndliləri tərəfindən tapılıb.

Məlum olub ki, Səxavət Mikayılov ailəsinə məxsus torpaq sahəsinə tərəvəz şitillərini əkmək üçün Qum çayına gedərək suyu öz əkin sahələrinə yönləndirmək istəyib. Bu zaman o, ehtiyatsızlıqdan suya yıxılıb və başı çaydakı daşa dəyib. Huşsuz vəziyyətdə olan gənc boğularaq ölüb.

Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar