Aziz Yıldırım rəqib komandanın prezidentinə şillə vurub

Türkiyə Qadınlar Basketbol Super Liqasının pley-off oyununda insident yaşanıb.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə “Fənərbağça” ilə “Yakın Doğu Üniversitesi” matçında baş verib.

“Fənərbağça” prezidenti Aziz Yıldırım ona salam verən rəqib komandanın prezidenti Işık Eygüngörə şillə vurub. Polislərin müdaxiləsindən sonra vəziyyət normallaşıb.

Matç başa çatdıqdan sonra A. Yıldırım mətbuata açıqlamasında I. Eygüngörü əxlaqsızlıqda günahlandırıb. Onun sözlərinə görə “Yakın Doğu Üniversitesi”nin rəhbərliyi finaldan əvvəl “Fənərbağça”lı oyunçulardan bəzilərinə transfer təklif edib.

Türkiyə Gənclik və İdman Nazirliyi olayla bağlı araşdırmaya başladığını açıqlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar