Daha bir poliklinika özəlləşdirildi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 10 may tarixində keçirilən növbəti hərrac zamanı paytaxtın müxtəlif rayonlarında yerləşən, o cümlədən regionlarda yerləşən kiçik dövlət müəssisələri, habelə nəqliyyat vasitələri özəlləşdirilib.

Hərrac prosesində ən yüksək qiymətə özəlləşdirilən əmlak Gəncə şəhərində yerləşən Gəncə şəhər 4 saylı Təsərrüfat hesablı poliklinikası olub.

Qeyd olunan əmlak 212 min 500 manata özəlləşdirilib. Özəlləşdirilən obyektin ümumi faydalı sahəsi 577.8 kv.m-dir. Özəlləşdirilən qeyri yaşayış sahələri paytaxtın Sabunçu rayonunda, habelə regionlarda Gəncə və Şəmkir şəhərində yerləşir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar