Prokurorluq orqanlarında yeni təyinatlar

Gəncə şəhər Prokurorluğunda baş köməkçi vəzifəsində çalışan Anar Hakverdiyev vəzifəsindən azad edilib.

Şəhər Prokurorluğundan "Report"un Qərb bürosuna verilən məlumatına görə, Anar Hakverdiyev Baş Prokurorluğun Kadrlar İdarəsinə prokuror vəzifəsinə təyin olunub.

Gəncə şəhər prokurorunun baş köməkçisi vəzifəsinə isə əvvəllər prokurorun köməkçisi vəzifəsində çalışmış Hakverdi Mehrabov təyin olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar