TRAMP FTB BAŞÇISINI NİYƏ İŞDƏN ÇIXARIB? - "Komi «sədaqət andı» içmədi..."

«AzPolitika.info»-nun xavrici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Federal Təhqiqat Bürosunun (FTB) direktoru Ceyms Komini «sədaqət andı» içməkdən imtina etdiyinə görə, vəzifəsindən azad edib. Bu barədə «New York Times» qəzeti yazıb.

Komi mayın 9-da istefaya göndərilib və bu qərar ABŞ-da yeni siyasi qalmaqal dalğası doğurub.

İnauqurasiyasından bir həftə sonra, Prezident Tramp FTB başçısını Ağ Evə dəvət edib. Seçkilər və dövlət başçısının təntənəli mərasimi barədə kübar söhbətdən sonra, Tramp söhbəti başqa mövzuya yönəldib və birbaşa soruşub ki, Komi ona qarşı özünün loyallığını vəd edirmi?

FTB başçısı boyun qaçırıb, amma bununla belə, vəd edib ki, həmişə Prezidentlə doğru-düzgün olacaq. Söhbətin məzmunu barədə «The New York Times»a iki mənbə danışıb. Təfərrüatı isə Komi özü açıqlayıb.

Tramp bu yaxınlarda FTB-nin eks-direktorunun ünvanına kəskin tənqidlə çıxış edib. «NBC News» telelekanalına müsahibəsində Prezident onu «pijon» adlandırıb və kütləyə işləməkdə günahlandırıb. Söhbət Trampın Rusiya ilə əlaqəsi barədə şübhələrdən gedir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar