ABŞ TƏYYARƏLƏRİNİN ƏSAS QORXUSU - Rusiyanın “Su-35”-i, Amerikanın “F-35”-nə qarşı

“Lockheed Martin” şirkətinin “F-35” zərbə qırıcısı ABŞ aviasiyasının əsas taktiki qırıcısı olacaq. Lakin bu bahalı beşinci nəsil təyyarənin əldə edilməsi, heç də bütün ölkələrin cibinə görə deyil.

Rusiya və Çin də, özünün Hərbi Hava Qüvvələrinin arsenalını beşinci nəsil qırıcıları ilə təchiz etməyi planlaşdırırlar. Çox güman ki, yaxın gələcəkdə ruslar daha çox taktiki aviasiyaya üstünlük verəcək. Onların bu cür avasiya bazası əsas etibarıyla “Su-27”-lərdən ibarət olacaq. Onu da deyək ki, hal-hazırda “Su-27”-nin effektiv modifikasiyası “Su-35” sayılır. ”Su-35” təyyarəsi müasir avionika, mühərrik və planerdən ibərət daha təkmil variantdır. Önümüzdəki illərdə “Su-35”-in bir çox ölkələrin arsenalında görülməsi mümkündür.

Hərçənd ki, ”F-35” hava döyüşlərində üstünlük əldə edilməsi üçün yox, qırıcı-bombardmançı kimi nəzərdə tutulub, lakin “Su-27”-nin “Su-35” modifikasiyasına qarşı durmaq üçün ABŞ Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadaları Korpusu “F-35”-ə üstünlük verməlidirlər. Çünki öz funksiyasına görə, “F-35” havada yaxşı müdafiə olunma qabiliyyətinə malikdir. Pentaqon bu təyyarəni hərtərəfli maşına çevirmək niyyətindədir.

Əgər “F-35”-lərdən ibarət dəstə nə vaxtsa havada “Su -35”-lərlə qarşılaşarsa, onda o özünü necə aparacaq? Yəqin ki, amerikalı pilotlar uçuş kursunu dəyişərək, havada üstünlük əldə etmək üçün “F-22 Raptor” və “F-15 C” təyyarələrini çağıracaqlar. Öz növbəsində isə, “F-35” hadisə yerindən uzaqlaşaraq, qarşısına qoyulan tapşırıqları yerinə yetirməyə yollanacaq.

Lakin tarix bizə öyrədir ki, müharibədə tez-tez optimal qərarlar verilir. “F-35” müstəqil şəkildə “Su-35”-lərlə döyüşə girdiyi təqdirdə, özünün imkanlarından düzgün istifadə etməlidir. “F-35” pilotları bu təyyarənin radarlara yaxalanmamaq, avadanlıqlardakı texniki təyinatların üstünlüyündən istifadə edərək, ağıllı taktiki gedişlər yoluyla zəif yerlərdən qaça bilərlər. Bunun üçün onlar təyyarənin radarlara yaxalanmama üstünlüyündən istifadə etməklə yanaşı, rəqibə zərbəni vizual yaxınlaşmadan vurmalıdır.

Elə ilk başdan hava döyüşü üçün yaradılmış “F-22”-lərdən fərqli olaraq, ”F-35”-lər birbaşa bu funksiya üçün nəzərdə tutulmayıb. “F-22 Raptor” yüksək görünməzlik xüsusiyyətinə malikdir və o, “F-35”-lərdən daha sürətlidir. Digər tərəfdən “F-22”-nin əla manevr qabiliyyəti var ki, bu da ona gözlə görünə bilən hüdudlarda döyüşmək imkanı verir. ”F-22” istənilən yüksəklikdə dönüş radiusuna, uçuş bucağının sürətinə və uçuş bucağının hücum qabiliyyətinə görə digər təyyarələrdən üstündür.

Dörd təyyardən ibarət “F-22 Raptor” dəstəsi səsdən iti sürətlə və 15 min kilometr yüksəklidə uçduqları bir vaxtda, istənilən an, istənilən düşmənlə döyüşə girməyə tam hazır vəziyyətdə olduqları halda, onlara nisbətən daha aşağı sürətə malik “F-35”-lər, bu xüsusda bir qədər ehtiyatlılıq nümayiş etdirmək məcburiyyətindədirlər. Həm də “F-35”-lərin sürəti və uçuş hündürlüyü yüksək olmadığına görə, ”AİM-120” raketlərinin buraxılışı üçün “F-22”-nin verdiyi kinetik enerjini verə bilmir. Digər yandan isə, ”F-35”-in öz gövdəsinə götürdüyü “hava-hava” sinfindən olan raketlərin sayı da nisbətən az olur.

Əgər “F-35” təyyarəsinə diqqətlə baxsaq, onda görərik ki, onun manevr qabiliyyəti nəinki “F-22 Raptor”, hətta “F-16” və “F/A-18”-də olduğu kimi də deyil. Hava döyüşü zamanı “F-35”-i məhv edilməkdən qurtara biləcək yeganə faktor, pilotun təcrübəsi və yüksək vərdiş qabiliyyəti ola bilər. İş ondadır ki, görünməz təyyarə olan “F-35”-in yalnız daxili silahları var və o, ”AİM-9X” raketləri daşıya bilmir. Bütün bunlar göstərir ki, ”F-35” təyyarələri yaxın döyüşdən mütləq qaçmalıdır.

ABŞ birləşmiş ordu qrupunun hərbi hava güclərinin baş komandanının ”F-35” təyyarə dəstəsinə havada üstünlük əldə etmə tapşırığı verəcəyi az ehtimal olunandır. Ancaq ABŞ Hərbi Hava Qüvvələrindəki “F-22 Raptor”-ların sayı çox olmadığından və “F-15C”-lərin parkı azaldığından, birləşmiş aviasiya qrupunun komandanlığı havada üstünlük əldə etmək üçün “F-35” təyyarələrini döyüşə göndərməyə sadəcə məcburdur.

Hər halda dünyanın əksər regionunda Amerikan aviasyasının başlıca qorxusu heç də düşmən təyyarələri yox, hava hücumundan raket kompleksi sistemləridir.

(The National İnterest-ABŞ)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar