Gəncə bazarının rəhbərliyində dəyişiklik olacaq

İyunun 30-da, saat 10:00-da “Gəncə-Bazar” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Gəncə şəhəri, Şeyx Bahəddin küçəsi,22 ünvanında olacaq.

Yığıncağın gündəliyinə bazarın 2016-cı ildəki fəaliyyəti ilə bağlı müəssisənin Təftiş Komissiyası və mühasibatlığının hazırladığı hesabatların müzakirəsi və təsdiq edilməsi, müəssisənin Müşahidə Şurasının tərkibinə dəyişiklik olunması və cari məsələlər daxildir.

Xatırladaq ki, “Gəncə-Bazar” ASC 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 357 936 manatdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar