ÜFUNƏT DETEKTORU- Aslan İsmayılov Araz Əlizadəni "yıxdı-sürüdü"

"...qara köpəyi ağ rəngə qədər yumaq mümkün deyil. İndi araz kimilərini günlərlə suyun altında saxlasan da üfunətdən təmizləmək mümkün deyil"

Oktyabrın 2-də İTV-də keçirilən sayca 7-ci debatda prezidentliyə namizəd olan Araz Əlizadə yenə hədyanlar söyləyib. Tərbiyəsiz danışmaqda Hafizlə yarışa girən Araz əvvəlcə başından yuxarı hoppanaraq demokratik qüvvələrin Milli Şurasının vahid namizədi Cəmil Həsənlinin ünvanına şər-böhtan atıb. Ötən dəfə qardaşı Zərdüşt Əlizadəni ittiham edən Araz bu dəfə tanınmış vəkil Aslan İsmayılovun onunla bağlı söylədiyi fakta da münasibət bildirib. Xatırladaq ki, A.ismayılov Araz Əlizadənin hazırda Ermənistanda səfərdə olan qondarma Talış-Muğan Respublikasını élan edən Əlikram Hümbətovla yaxın münasibətlərindən danışmışdı.

A.Əlizadənin birbaşa efirdən səsləndirdiyi fikirlərə A.İsmayılov özünün facebook səhifəsində “Üfunət detektoru” adlı status yazmaqla cavab verib. A.İsmayılov yazıb:

-Debatlarda ikinci dəfədir ki, adım hallanır. Əslində hamı bilir ki, iqtidar nökərlərinin hər hansı şəxsi söyməsi, söyülənin ən yaxşı təbliğatıdır. Bütün bunları bilə-bilə elə üfunətli ağızlardan adımın çəkilməsinin məni diksindirdiyindən və bunları qısqırdanların sevinməməsi üçün qısa bir yazı yazmaq məcburiyyətində qaldım.

Sumqayıt hadisələri ilə bağlı mənə çamur atdıran sahiblərin elə özləri tarixi materiallara istinadən yazdığım kitab əsasında oğurluq edərək, hər seriyası 1 saat 20 dəqiqədən ibarət 3 seriyalı film çəkdirdilər və hər Sumqayıt hadisələrinin il dönümündə bəh -bəhlə öz uğurları kimi təqdim edirlər. Sadəcə Vətən üçün faydalı olduğundan bunların oğru olduğunu qanunla sübut etmədim. Həmin kitabı azərbaycan, rus, türk, ingilis dillərində öz vəsaitim hesabına bütün dünyaya yayıram. Kitab əsasında yaradılmış www.sumgayit1988.com saytına isə 500.000 mindən artıq, əsasən xaricdə yaşayanlar baxıb və Sumqayıt qırğının erməni millətçiləri və SSRİ DTK-sı tərəfindən törədilməsinin şahidi olurlar. Hal-hazırda həmin vəsait elektron kitab (e-book) şəklində www.amazon.com saytından da əldə etmək olar.

Digər üfunət detektoru araz əlizadənin dilindən səsləndirilən fikirlərlə bağlı bildirirəm ki, mən Krasnodardan yox, SSRİ Prezidenti Qorbaçovun vətəni olan və iqamətgahı yerləşən Stavropol diyarından, Prezident aparatına yox, məhkəmə sədri vəzifəsindən qat-qat aşağı olan, gələcəyi məlum olmayan, şöbə prokuroru vəzifəsinə gəlmişəm. Hərçənd ki, orada yaşayış üçün bütün şəraitim, 5 otaqlı evim, bağım var idi. Bakıya gəlməmişdən əvvəl isə mənə Qaraçay-Çərkəz Muxtar Respublikasının Ali məhkəməsinin sədri vəzifəsi təklif olunmuşdu. 1989-cu ildə Azərbaycanda vəziyyətin mürəkkəbliyi və SSRİ-nin dağılma ehtimalı aydın olduğundan, bir çoxları kimi mən də Vətənə kömək etmək üçün Azərbaycana gəldim. Vətənə kömək üçün gələnlərin bir çoxlarını həbsxanalara atdılar (polkovnik İsa Sadıqov və digəriləri), bir çoxları isə buradakı dəhşətləri görüb geri döndülər. Bu hissləri yala hürüyənlər, sümük gəmirmək üçün doğma qardaşlarından da keçənlər heç vaxt başa düşə bilməzlər.

araz əlizadə sahibi Ayaz Mütəllibovla birlikdə Milli Şuraya düşmən kəsiliblər. Bu da aydındır, hərə öz ağasına qulluq etməlidir. Axı Ayaz Mütəllibov əlləri qandallı Bakıya gətiriləndə onu Milli Şura üzvləri yox, Rusiya Federasiyasının Dövlət Dumasının deputatları xilas etdi. Moskva şəhərində Ayaz Mütəllibovun cibini kəsmədiyi sahibkar qalmadı, hərəsini bir vədlə aldatdı. Sonda onu saxlayanlar, “Kür” restoranının sahibi başda olmaqla, Ayaz Mütəllibovdan imtina etdilər. Bakıda bunu dərhal başa düşdülər və onun maddi təminatına söz verdilər. Qorxusundan atasının dəfninə gələ bilməyən şəxs qaça-qaça Bakıya gəldi. Ona görə də sahibləri nə dedi Mütəllibov da onu etməyə başladı. Burada araz peyda oldu və aldığı payla bölüşməsini tələb etdi. Mütəllibov isə dedi ki, prezidentliyə namizəd ol sən də payını al. araz belə də etdi və bu yaxınlarda nə aldığının şahidi olacağıq.

Eynulla Fətullayev öz saytında Siyavuş Novruzovun Əli Kərimlinin "milyonları" ilə bağlı çərənləməsindən yazdı, Əli Kərimli də bütün suallara aydınlıq gətirdi. Bu barədə bağıran araz niyə E.Fətullayevin A.Mütəllibovu məhv edən yazısından danışmır? Niyə Mütəllibovdan, onun uydurma vədlərinə inanıb zindanlarda çürüyənlərin, məhv edilənlərin, Vətənindən didərgin düşənlərin hesabını soruşmur? Soruşa da bilməz, ona görə ki, məhz onların hesabına bu günə qədər dolanıblar.

P.S. Özünə "üfunət" adı qazanan debatlarda dedi ki, Milli Şura üzvləri dişlərini yumurlar. Bunun ucuz təhqir olduğunu hamı bilir. Ehtimal etsək ki, dediyi düzdür, kimsə həqiqətən də dişini yumağı yaddan çıxarıb, eybi yox o birisi gün yuyar. Mən 15 il Rusiyada yaşamışam. Orada tez-tez təkrarlanan atalar sözü var idi “Черного кобеля не отмоешь добела”, yəni qara köpəyi ağ rəngə qədər yumaq mümkün deyil. İndi araz kimilərini günlərlə suyun altında saxlasan da üfunətdən təmizləmək mümkün deyil.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar