Ermənistan ordusu 26 hərbçi itirib - RƏSMİ

ermeni_esge1473229448Bu il ərzində Ermənistan Silahlı qüvvələrində ölüm halları kəskin şəkildə artıb və bu məqam hüquq-mühafizə sistemində ciddi narahatlıqlar doğurur.

Azvision.az xəbər verir ki, bu barədə məlumatı "Johovurd" nəşri yayıb. Qəzet rəsmi məlumatlara əsasən bildirir ki, 2017-ci ilin yanvar ayından hazırkı dövrə qədər Ermənistan ordusunda 26 ölüm halı qeydə alınıb.

Onlardan 10-nu cəbhə xəttində baş verən atışmada öldürülüb. 16 hərbçi isə intihar, qəza, əsgərlər arasında güllələmə, silahla davranma qaydalarının pozulması və törədilən cinayətlər nəticəsində ölüb.

Qeyd edək ki, bu zaman ərzində baş verən ölüm hallarından məsul olan bir nömrəli şəxs, Ermənistan müdafiə naziri Vigen Sarkisyan seçki kampaniyası ilə məşğul olub. Baş verən ölüm hallarının əsas səbəbi kimi nazirin öz vəzifəsinin icrası ilə məşğul olmaması göstərilir.

Xatırladaq ki, erməni KİV-lərinin yaydığı məlumatalar sırf Ermənistan müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatlara söykənir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar