İŞ ADAMININ "ARVADI"nın ƏMƏLLƏRİ - “Xərclədiyi pulların sayı-hesabı yox idi...”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşlara qarşı 1 milyona yaxın dələduzluq etməkdə ittiham olunan Aygün Akimova və İlham Baxışovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əlövsət Abbasov sədrlik edib.

Prosesdə zərərçəkmiş qismində Səidə Əliyeva ifadə verib. O, ifadəsində A.Akimovanı 2010-cu ildən tanıdığını, Beynəlxalq Universitetdə oxuyan qızının diplomunu almaq üçün ona 5 min manat verdiyini göstərib: ”Aygünlə rəfiqəm Afət Hüseynovanın mağazasında tanış olmuşdum. Mənə deyirdi ki, yüksək vəzifəli şəxslərlə qohumluğum var, qızının diplomunu bir həftəyə ala bilərəm. Amma heç kimin adını çəkmirdi. MTN-də yüksək vəzifəli adamının olduğunu deyirdi. Diplomu almaq üçün Afətin mağazasının qabağında ona 5 min manat pul verdim. Nə pulumu qaytardı, nə də diplomu aldı”.

Zərərçəkmiş uzun müddət pulunu geri ala bilmədiyinə görə sonda hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirib: "Afətlə əlaqə saxlayırdım, ondan soruşurdum. Aygün də Afətə deyirdi ki, düzələcək. Gördüm ki, səs-səmir çıxmır, hamını aldadır.Afət Hüseynova şikayət etdikdən sonra mən də 2015-ci ildə Səbael Rayon Polis İdarəsinə şikayət ərizəsi verdim”.

Təqsirləndirilən A.Akimova isə zərərçəkmişin dediklərinin yalan olduğunu bildirib:”Mən sıravi adam olmuşam, özü nazirlikdə işləyirdi. Onun işini necə həll edə bilərdim?”

Aygün Akimova isə zərərçəkmişin dediklərinin yalan olduğunu bildirib: “Bunların hamısı absurddur. Onun özü nazirlikdə işləyirdi. Mən isə siravi vətəndaş idim. Mən onun işini necə həll edə bilərdim?”

Aygün Akimovanın bu sözləri iş üzrə ən çox zərərçəkmiş şəxs kimi tanınan Afət Hüseynovanı qəzəbləndirib. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Aygün Akimova Afət Hüseynovaya “sən “bomj” olmusan da” deyərək cavab verib. Hakim tərəflərə xəbərdarlıq edib.

Daha sonra Aygün Akimova digər vəkilinin məhkəmədə iştirak etmədiyini və buna görə də prosesin təxirə salınmasını istəyib. Hakim isə bildirib ki, digər vəkil prosesdə iştirak etdiyi üçün məhkəmənin təxirə salınmasına ehtiyac yoxdur.

Daha sonra A.Akimovanın evində dayəlik edən zərərçəkmiş Rita Həsənzadə dindirilib. Zərərçəkmiş məhkəməyə verdiyi ifadəsində təqsirləndirilən şəxsə 28 min 700 dollar verdiyini açıqlayıb: “Mən iş axtaran ərəfədə Aygün Akimovanı tanıdım. Onun evində uşağına baxırdım. 9 ay evində işləmişəm. Çox vaxt məni evə getməyə qoymurdu, onlarda qalırdım. Həmin ərəfədə mən ev satmışdım, oğluma iş qurmaq istəyirdim. Aygün Akimova hər işlə məşğul olduğunu deyirdi. Bina tikirdi, zavodu var idi. Ya da mən elə bilirdim. Bir gün Aygün dedi ki, “20 min manat pul ver fəhlələrə verim”. Ərinin xaricdə olduğunu, qayıdanda 1 milyon gətirəcəyini, mənim pulumu da artıqlması ilə verəcəyini dedi. Sonra da dedi ki, “Gənclik”də tikilən binanın birinci mərtəbəsindən mənə qarşılıqsız yer verəcək. Mən də guya orada oğluma klinika açacaqdım. Cəmi 28 min 700 dollar pul vermişəm. 1000 dollarını qaytarıb”.

Zərərçəkmişin ifadəsinə görə, pullarını A.Akimovadan geri istəyəndə onu evə buraxmayıb. Zərərçəkmiş ifadəsinə əlavə edib ki, A.Akimovanın evində işlədiyi müddətdə aylıq almalı olduğu 600 manat məvacibi də ala bilməyib: "9 ay yanında işləmişəm. Hər ay 600 manat almalı idim.Uşağına baxdığıma görə pulumu da vermədi. Qızım Kievdə əməliyyat olunmuşdu. Mənim xarici pasportum yox idi. Bircə dəfə bacım xaricə gedəndə onun təyyarə biletinə 639 manat verib, vəssalam. Qalan pulumu da ala bilmirdim. Verdiyim borcu da qaytarmadığı üçün yanında qalmağa məcbur idim.Məni dəli olmaq dərəcəsinə çatdırmışdı. Artıq uşağına da baxa bilmirdim. Ona görə də çıxıb getdim.   Uşağı xəstə deyil. Yalandan deyir ki, qızının müalicəsi üçün bu pulu  məndən alıb. Deyirdi, kişinin işi ağırdı, onun adını çəkmək olmaz. Yoldaşı iş adamı idi, adı Abdulla idi. Tez-tez Aygün mənə “sənə Gənclikdə tikilən binadan yer verəcəm, uşağına klinika açarsan” deyirdi. Digər tərəfdən özünün 10 kilo, qardaşının 5-6 kilo qızılı olduğunu da deyirdi”.

L.Həsənzadə ifadəsində A.Akimovanın özünü mötəbər şəxs kimi təqdim etdiyini, bahalı maşınlar sürdüyünü, gecə-gündüz başının qarışıq olduğunu göstərib.

Məhkəmədə sualları cavablandıran Rita Həsənzadə Aygün Akimovanın gördüyü işlər və fəliyyəti haqda 9 ay ərzində gördüklərini danışıb: “Aygünlə yoldaşı bina tikirdilər. Nə vaxt zəng vururdum, deyirdi ki, işləyirəm. Mənə ana deyə müraciət edirdi. Çox vaxt deyirdi ki, tikintidəyəm. Nə vaxt zəng vururdum, deyirdi ki, “ tikintidə fəhlələrin yanındayam”. Mən də öz-özümə düşünürdüm ki, ay bala, gecə saat 12-də də tikinti olar? Soruşanda da deyirdi ki, “olur, sən bilmərsən. Bu adam ancaq gecələr işləyirdi. Evdən köçəndə də gecə köçürdü. Nə işi olsa gecə edirdi.  Sonradan telefonlarıma da cavab vermədi. Məcbur olub onun-bunun telefonundan zəng vururdum. Hər dəfə də “yanımda adam var, danışa bilmirəm” deyirdi. Neçə dəfə soruşmuşdum ki, gecə də tikinti olar? Deyirdi, sən bilmirsən”.

Zərərçəkmiş daha sonra A.Akimovanın xərclədiyi pullardan danışıb: ”Onun xərclədiyi pulun sayı-hesabı yox idi. Hər dəfə restorana gedəndə 300-500 manat pul xərcləyirdi. “Porsche” və “Escalade” sürürdü. Bahalı paltarlar geyinir, evə yüksək səviyyədə bazarlıq edirdi. Deyiridi ki, bu yaxında 1 milyon pul gələcək, sənin də pulunu qaytaracağam. Aygün istəsəydi mənim pulumu yarım saata da qaytara bilərdi”.

Məhkəmə prosesi mayın 25 –də davam edəcək.

abdulla_abdullayev-amayXatırladaq ki, bu iş üzrə "AMAY Abdulla" kimi tanının Abdulla Abdullayev də istintaqda şahid kimi ifadə verib. Bir müddət əvvəl həbsxanadan azadlığa çıxan biznesmen Aygün Akimova ilə evli olmadığını, ancaq Aygünün uşaqlarının atası olmadığı üçün doğum şəhadətnaməsində ata adı kimi onun adının yazıldığını, sonuncunun onun şirkətində xadimə işlədiyini deyib.

A.Akimova özünü sahibkarlara ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) məxfi agenti, vəzifəli şəxs kimi təqdim edərək, onlara 1 milyon manat dəyərində dələduzluq edib. İttiham aktına əsasən, həmin cinayət işində onun İ.Baxşıyevlə əlbir olduğu qeyd edilir.

Onlara Cinayət Məcəlləsinim 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar