Fövqəladə hallar naziri Beyləqanda vətəndaşları qəbul edəcək
Baxiş sayı:
Dərc olunub:
19/05/2017 - 11:33
Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov mayın 23-də saat 11:00-da Beyləqan şəhərindəki Gənclər Mərkəzinin binasında vətəndaşları qəbul edəcək.
APA-nın xəbərinə görə, qəbulda yalnız Beyləqan, Ağcabədi, Füzuli, Xocavənd rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşların qeydiyyatı Gənclər Mərkəzinin binasında mayın 22-də, saat 09.00-da başlayacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Son yazılar
18:31
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
18:12
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
17:07
“Rusiya raketləri azı 3 dəfə Polşa sərhədini keçib” - Ukraynanlılar “vurun” deyir, NATO isə...
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.