Türkiyədə "Sözcü" qəzetinin rəhbərləri barədə həbs qərarı verilib

Türkiyədə müxalif mövqeli "Sözcü" qəzetinin rəhbərliyinə daxil olan 4 nəfərə qarşı polis əməliyyatı keçirilir.

APA-nın "Hürriyet"ə istinadən verdiyi məlumata görə, qəzetin sahibi Burak Akbay, internet saytının məsul direktoru Mediha Olqun, maliyyə işləri üzrə müdiri Yonca Kaleli və müxbiri Gökmən Ulu haqqında İstanbul Baş Prokurorluğu tərəfindən "Fətullahçı Terror Təşkilatı"na üzvlük ittihamı ilə həbs qərarı verildiyi bildirilir. Bu şəxslərin evlərində və iş yerlərində axtarış aparılır.

"Sözcü"nün vəkilləri hələlik həbs qərarı barədə məlumatı olmadıqlarını deyiblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar