ABŞ-n ikinci aviadaşıyıcısı Koreya sahillərinə yollandı!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Koreya Xalq Demokratik Respublikasının (KXDR) bazar günü keçirdiyi raket sınaqları fonunda, Amerika Birləşmiş Ştatlarının (ABŞ) sayca ikinci aviadaşıyıcı gəmisi Koreya sahillərinə yola düşüb.

Göyərtəsində 50-dən artıq hərbi təyyarə olan «Ronald Reyqan» atomoxodu Yaponiyadan çıxıb və yaxın vaxtlarda ABŞ donanmasının keçirdiyi təlimlərə qoşulacaq.

Təkcə ekipajı 4500 nəfər təşkil edən aviadaşıyıcı digər gəmi - bundan əvvəl Koreya yarımadasına yaxınlaşan «Karl Vinson» gəmisi ilə cütlük yaradacaq.

«CNN»-nin məlumatına görə, Pxenyanın raket proqramı ətrafında yaranmış son gərginlikdən sonra Pentaqon bu qərarı verib.

Bazar günü gecəsi Şimali Koreya növbəti dəfə özünün ballistik raketini atıb. Raket rerkod yüksəkliyə qalxıb və Rusiya sərhədinin 500 kilometrliyində Yapon dənizinə düşüb. Pxenyan bitldirib ki, ABŞ və Yaponiyanın hərbi obyektlərinə raket zərbələri endirməyi məşq edir. Birinci aviadaşıyıcının əraziyə daxil olması isə Şimali Koreyanın «onu məhv etməyə hazırıq» bəyanatına səbəb olmuşdu.

BMT TŞ isə Şimali Koreyadan yeni heç bir sınaqlar keçirməməyi tələb edib və onu növbəti sanksiyalarla hədələyib.

Bundan əvvəl Vaşinqton bildirib ki, Koreya sahillərindəki ABŞ hərbi-dəniz qüvvələri (HDQ) qrupunun təkibində 3 aviadaşıyıcı olacaq və bunu Şimali Koreyanın raket sınaqlarının proqres etməsi ilə əlaqələndirib.

Şimali Koreya təhlükəsi fonunda Seul bundan əvvəl öz ərazisində ABŞ raket əleyhinə müdafiə (RƏM) sistemini yerləşdirməyə başlayıb.

Moskva və Pekin isə buna öz narazılığını bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar