DTX RƏİSİ ORDUDA İFŞA OLUNAN XAİNLƏRDƏN DANIŞDI - "Bu xəyanətkar şəbəkə... "

"Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən casus şəbəkəsinin ifşası ilə bağlı bəyanat verildi. Azərbaycanın daxilində heç bir təhlükə yoxdur, xalq möhtərəm prezidentimizin yanındadır. Prezidentimiz onu sevən xalqa arxalanır. Ancaq Azərbaycan bir çox dövlətlərin, siyasi dairələrin maraq dairəsindədir, şübhəsiz ki, kənardan Azərbaycana böyük təhdidlər var". APA-nın məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Mədət Quliyev deyib.

DTX rəisi bildirib ki, Azərbaycan çox təhlükəli bir məkanda, Qərbə Şərqin qovşağında yerləşir: "Təbii ki, kənardan Azərbaycana qarşı hər cür təhdidlər var. Amma onu da deməliyəm ki, bu təhlükəni Müdafiə Nazirliyinin özü aşkarlamışdı, artıq istintaq qrupu fəaliyyət göstərir. Prezidentimiz tərəfindən baş prokuror Zakir Qaralova lazımi tapşırıq verilib, istintaq qrupu araşdırma aparır. Sadəcə, onlar bir günün, beş günün casusları deyil. Bu xəyanətkar şəbəkə 1988-1990-cı illərdən kök atıb. Bu, Müdafiə Nazirliyinin rəhbərliyi, prezidentin tapşırıqlarının düzgün icrasının nəticəsidir ki, bu xəyanətin üstü açılıb. İstintaq məsələyə öz qiymətini verəcək".

M. Quliyev Azərbaycanda əmin-amanlığın təmin oldnduğunu deyib. O, turist axınını buna misal göstərib: "Turistlər hər hansı narahatlıq olan, təhlükəsiz sayılmayan ölkəyə gələrlərmi? Təbii ki, gəlməzlər. Bu gün Azərbaycanda əmin-amanlıqdır, ona görə də turistlər ölkəmizə gəlir. Bugünkü gənclər artıq 10-15 il əvvəlki deyillər. Onlar tam azad, müasir dünyanın insanlarıdır. Bu da Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin məntiqi nəticəsidir. Azərbaycan prezidenti İlham Əliyev də bu siyasəti uğurla davam etdirir. Azərbaycan tolerantlığı və dini dözümlülüyü ilə dünyaya nümunədir. Dinindən, irqindən asılı olmayaraq, bütün insanlar ölkəmizdə özlərini çox rahat hiss edirlər. Mədəniyyətimiz sürətlə inkişaf edir. İslam Həmrəyliyi Oyunları Heydər Əliyev tərəfindən əsası qoyulan, prezident İlham Əliyev tərəfindən uğurla aparılan siyasətin bir nümayişidir. Bu gün Azərbaycan idmançıları yarışlarda çoxsaylı qələbələr əldə edirlər. Ancaq əsas məqam odur ki, belə bir mötəbər idman yarışı Azərbaycanda keçirilir. Bunun özü artıq Azərbaycan üçün bir qələbədir".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar