Ermənistanda siyasi məhbuslar xalqı üsyana çağırdı

Siyasi məhbus Jirayr Sefilyan və "Sasna Tsrer" təşkilatı Yerevanda keçirilən mer seçkilərində müxalif Zaruhi Postançıyan və onun qızına qarşı edilən zorakılıq barədə bəyanat yayıb.

"Yerevan şəhər merinə keçirilən seçkilər zamanı Respublikaçılara məxsus seçki qərargahında koordinasiya olunmuş seçki saxtakarlığının açılmasına istiqamətlənən Zaruhi Postançıyanın qanuni tələblərinə cavab olaraq ona və onun qızına qarşı qərargah və polis nümayəndələrinin cinayətkar zorakılığı erməni reallığının növbəti təzahürüdür",-deyə bəyanatda bildirilib.

Bəyanatda, həmçinin müstəmləkəçi hakimiyyət və onun "cəza" dəstələrinin apardığı zorakılıq bütün erməni xalqına, vətəndaşına qarşı edilən cinayət kimi pislənilib və nəticədə hakimiyyətin xalqı öz boyunduruğu altına salmaq, ölkəni mərkəzləşdirilmiş düşərgəyə çevirmək siyasətinin bütün erməni cəmiyyətinə təhlükəli stimul verəcəyi, ilk növbədə onun siyasi və intellektual səviyyəsinə kəskin zərbə vuracağı qeyd olunub.

Gələcəkdə cinayətkar polis qurumunun mütləq cəzalandırılacağını bildirən siyasi məhbuslar Ermənistan xalqını milli azadlıq mübarizəsinə, üsyana qalxmağa çağırıblar: "Biz xalqı milli azadlıq bayrağı altında toplaşmağa, ayağa qalxmağa və üsyana hazırlaşmağa çağırırıq".(azvision.az)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar