Tramp «koka» ilə «kakao»nu səhv saldı!

«AzPolitika.info»nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, mayın 18-də keçirdiyi mətbuat konfransında Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Kolumbiyanın Prezidenti Xuan Manuel Santosa koka ilə mübarizə aparacağını vəd edib. Öz nitqini «kağızdan oxuyan» Tramp çaşıb və «kakao»nu narkotik bitki olan «koka» ilə səhv salıb.

«Ötən il «kakao»nun becərilməsi və «koka» istehsalı Kolumbiyada rekord səviyyəyə qalxıb. Biz, hesab edirik ki, bu, tezliklə düzəldiləcək» - deyə, Tramp «kağızdan oxuyub».

İngilis dilində «koka» və «kakao» sözləri oxşar səslənir. O da qeyd olunur ki, nitqin mətninin bu hissəsində üç oxşar səslənən kəlmənin bir-birinin ardınca yerləşməsi («coca cultivation» - «koka»nın becərilməsi) sadəcə, Prezidenti çaşdırıb…

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar