Tramp ənənəni «sındırır»! - Səfər turunu Səudiyyədən başlayır

«AzPolitika.info»nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp bu gün xaricə ilk səfər turuna başlayır.

Ronald Reyqan dövründən üzübəri, ABŞ-n bütün prezidentləri xarici ölkələrə ilk səfərini Kanada və ya Meksikadan başlayıb. İndi Tramp bu «ənənəni»  pozur - xarici səfərinə ilk olaraq, Səudiyyə Ərəbistanından başlayır. Xəbəri «Azadlıq» radiosu yayıb.

Barak Obamanın idarəçiliyi dövründə Vaşinqtonla Ər-Riyad arasında münasibətlər «gərgin» olub. Tramp münasibətləri yaxşılaşdırmaq niyyətindədir. Xüsusilə, ikitərəfli münasibətlərdə insan haqları məsələlərinin prioritetliyini aşığı salmağa, dəqqəti terrorçuluqla mübarizəyə və İranın ekspansionizminə qarşı durmağa cəmləməyi planlaşdırır.

ABŞ Prezidenti Səudiyyə Krallığından İsrailə yola düşəcək. Qədim «Masad» qalasının yerində onun çıxışı planlaşdırılmışdı, amma bu tədbir ləğv olunub. Çünki İsrail hakimiyyəti orada vertolyotların enməsinə icazə vermir. Tramp isə funikulyordan istifadədən imtina edib.

Trampın həm də Fələstin Prezidenti Mahmud Abbasla görüşü planlaşdırılıb.

Prezidentin növbəti dayanacağı Vatikan olacaq. Burada onu Roma Papası Fransisk qəbul edəcək. Ötənilki prezident seçkiləri komipaniyası zamanı Papa ad çəkmədən, bəyan etmişdi ki, «kimlər divar ucaldırsa - insanların sərbəst hərəkətinə mane olursa, onlar xristian ola bilməzlər».

Bu bəyanata Tramp belə cavab vermişdi: «Yaxınlarının inancını şübhə altına almaq din xadiminə yaraşmaz».

ABŞ lideri Romadan Brüsselə uçacaq və NATO ölkələri rəhbərlərinin qeyri-rəsmi görüşünə qatılacaq. Sonra isə o, İtaliyaya qayıdacaq və G7 ölkələrinin sammitində iştirak edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar