Ərdoğan Avropa İttifaqının rəhbərliyi ilə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 25-də Brüsseldə Avropa İttifaqı Şurasının sədri Donld Tusk və Avropa İttifaqı Komissiyasının sədri Jan-Klod Yunkerlə görüşəcək.

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Komissiyasının sözçüsü Marqaritis Şinas mayın 19-da keçirdiyi gündəlik mətbuat konfransında bildirib.

Qeyd edək ki, mayın 25-də Brüsseldə NATO-nun yeni qərargahının açılışı olacaq. Açılışdan sonra yeni qərargahda ilk iclas keçiriləcək. Təşkilatın həmin toplantısında R.T.Ərdoğan da iştirak edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar