Masallıda 20 yaşlı qadın özünü körpüdən atıb

Dərc olunub: 19/05/2017 - 20:26

xestexanaMasallıda 20 yaşlı qadın özünü körpüdən ataraq intihara cəhd edib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Masallı şəhəri ilə İsgəndərli kəndini birləşdirən, Viləş çayı üzərindəki körpüdə baş verib. İsgəndərli kəndində yaşayan 1997-ci il təvəllüdlü Ruqayyə İlqar qızı Cavadova özünü körpüdən ataraq intihara cəhd edib. Qadın Masallı Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Onun vəziyyətinin ağır olduğu deyilir.

R.Cavadovanın ailəli olduğu, intihara cəhdə səbəb kimi ailədə yaranan problemlər göstərilir.

Faktla bağlı araşdırma aparılır.


loading...

Fikrinizi bildirin