Kürdəmirdə narkotik tərkibli bitki əkib-becərən şəxs saxlanılıb

Dərc olunub: 19/05/2017 - 20:28

narkotikkKürdəmirdə narkotik tərkibli bitki əkib-becərilməsi ilə məşğul olan şəxs tutulub.

APA-nın yerli bürosunun xəbərinə görə, rayon polis şöbəsinin əməkdaşları Kürdəmir şəhər sakini, 1969-cu il təvəllüdlü Qalib Əlyusif oğlu Zərbalıyevin həyətyanı sahəsinə baxış keçirərkən oradan narkotik tərkibli bitki hesab olunan 12 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.


loading...

Fikrinizi bildirin