Cenevrədə Suriya üzrə üçtərəfli ABŞ-Rusiya-BMT görüşü keçirilib

Dərc olunub: 20/05/2017 - 00:30

 

4a84cfcd30d5fe85d66374c664a7d960İsveçrənin Cenevrə şəhərində Suriya üzrə üçtərəfli ABŞ-Rusiya-BMT görüşü keçirilib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu BMT baş katibinin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura bəyan edib.

“Biz Suriya üzrə danışıqları və digər məsələləri müzakirə etdik. Görüş çox konstruktiv oldu”, deyə S.de Mistura bildirib.

Onun sözlərinə görə, hökumət və müxalifət nümayəndələrinin iştirakı ilə Suriya üzrə danışıqlarının növbəti raundu iyunda baş tutacaq. “Dəqiq tarix hələ ki, müəyyənləşməyib”, deyə De Mistura qeyd edib.


loading...




Fikrinizi bildirin