Tramp Komini dəli adlandırıb! - Lavrovla söhbət zamanı

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Rusiya Federasiyasının (RF) xarici işlər naziri Sergey Lavrov və Rusiya nümayəndə heyətinin digər nümayəndələri ilə görüşü zamanı Federal Təhqiqat Bürosunun (FTB) artıq sabiq direktoru Ceyms Komini sərsəm adlandırıb.

Bu barədə, Ağ Evdəki görüşün stenoqramına istinad edən «New York Times» qəzeti yazıb.

«Mən, elə indicə FTB başçısını işdən çıxartdım. O, dəli idi - real psix. Mən, Rusiyaya görə, böyük təzyiqlərlə üzləşmişəm. Artıq o, yoxdur…» - deyə, qəzet ABŞ Prezidentindən sitat gətirir.

Qəzet yazır ki, sitatın doğru olduğunu Ağ Evin nümayəndələri təsdiqləyiblər. Bütün bunlar bir daha göstərir ki, Ceyms Kominin işdən çıxarılması FTB tərəfindən Prezident Donald Trampla bağlı aparılan təhqiqatla bağlıdır.

Digər tərəflən, Trampın Lavrova söylədiyi bu fikiri həm məlum ünvana (Rusiya rəhbərliyinə) «şikayət», həm də «hesabat» kimi şərh etmək olar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar