Hacı İbrahimdən prezidentə şikayət olundu-VİDEO

Ali Məhkəmə Qazax rayon sakini Elşad Məmmədovun “Avesta” konsernin prezidenti Hacı İbrahim Nehrəmliyə qarşı qaldırdığı iddianı təmin etməyib. Bu barədə “Azadlıq”a məlumatı Elşad Məmmədov verib. Onun sözlərinə görə, Ali Məhkəmənin belə bir qərar verəcəyini öncədən bilirdi: “Onlar ilkindən arxayın idilər. Hər halda, hansısa hakim cəsarət edib dəyəri bir neçə milyardla ölçülən ada tikən Hacı İbrahim Nehrəmlinin əleyhinə qərar çıxara bilməzdi. Belə bir qərarın Azərbaycanda çıxarılması mümkün deyil. Bizim məhkəmələr əslində yıxılana balta çalmaq üçün bir vasitədirlər. Yəni haqqı tapdananın haqqının tapdanması üçün Azərbaycan məhkəmləri bir alətdir, vasitədir. Ona görə də mən hakimlərimizdən bir ədalət gözləmirdim. Əslində Hacı İbrahimə qarşı cinayət işinin açılmasını tələb edirdim və indi də bu tələbimdə israr edirəm. Çünki burada söhbət konkret cinayət əməlindən gedir. Cinayətkar da bəllidir, ona qarşı sübutlar da yetərincədir”.

Elşad Məmmədov Hacı İbrahim Nehrəmlinin ona 355 min manatını verməməkdə günahlandırı. Deyir ki, “Həsən-96” MTK-nın tikdirdiyi binada 51 və 52 saylı mənzillərə 355 min manat pul verib. Ancaq sonradan mənzilləri ona verilməyib. Vətəndaş əlində maliyyə arayışlarının, ödədiyi pulun qəbzlərinin olduğunu söyləsə də əks tərəf onu dediklərinin yalan olduğunu bildirir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar