Gəncədə avtoxuliqanlıq edən şəxs həbs edilib

Gəncədə toy karvanında avtoxuliqanlıq edən sürücü saxlanılıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, özünə məxsus “VAZ 2107” markalı avtomobilinin dövlət nömrə nişanlarını açaraq toy karvanında avtoxuliqanlıq edən Gəncə şəhər saini Rzayev Sərxan saxlanılıb. Polis əməkdaşları təhlükəsiz şəhər kamerasının görüntülərinə əsasən avtomobili və sahibini qısa müddətdə müəyyən edərək sürücünü məsuliyyətə cəlb edib.

Gəncə şəhər Nizami rayon Məhkəməsinin qərarı ilə avtoxuliqan Sərxan Rzayev bir il müddətinə sürücülük hüququndan məhrum edilib və 20 sutka inzibatı həbs cəzası alıb. Saxlanılan şəxs törətdiyi əməldən peşman olmadığını deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar