İvankanın «fond»una 100 milyon dollar! - Səudiyyə və BƏƏ verəcək…

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın qızı İvanka Trampın «fond»una 100 milyon dollar vəsait yatıracaq.

Yaxın Şərqdə qadın iş adamları üçün yaradıldığı elan olunan Fondun vəzifələrinə qadınların maliyyə yardımlarına və iqtisadiyyat bazarlarına girişinin asanlaşdırılması məsələləri də daxil ediləcək.

Fond, İvanka Trampın təşəbbüsü əsasında yaradılıb. Xəbəri «CNN» telekanalı yayıb.

Telekanalın məlumatına görə, Fondun idarəçiliyi ilə Dünya Bankı (DB) məşğul olur.

«Biz, tarixdə qadınlar üçün keçid dövrünü yaşayırıq. Bütün dünyada qadınlar misli-bərabəri olmayan azadlıq və hüquq səviyyəsi əldə etmək uğrunda mübarizə aparırlar. Qadınların hüquq və imkanlarının genişləndirilməsi iqtisadi dəyişikliklərin açar amilidir» - İvanka bəyan edib.

Telekanalın qeyd etdiyinə görə, bununla yanaşı, ötən il prezident seçkilərinin gedişində Donald Tramp özünün rəqibi Hillari Klintonun fondunu xarici ölkələrdən (bu sırada Səudiyyə Ərəbistanı da var idi - red.) vəsait almağa razılıq verdiyinə görə, tənqid etmişdi.

Xatırladaq ki, Tramp ABŞ administrasiyasının nümayəndələri və ailə üzvləri ilə birlikdə, iki gün ərzində Səudiyyə Ərəbistanında səfərdə olub. Prezident statusu ilə özünün ilk xarici səfəri zamanı Tramp İsraildə, Fələstində və Vatikanda da olacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar