Avstriya Azərbaycan cəmiyyətindən Cəmil Həsənliyə dəstək

Azərbaycanda prezident seckilərinə münasibət və Milli Şuranın vahid namizədi prof. Cəmil Həsənliyə dəstək bəyanatı

Bilindiyi kimi 2013 cü il oktyabrın 9 da Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək. Fəqət, secki ərəfəsindəki vəziyyət belə bir qənaətə gəlməyə əsas verir ki, hakimiyyət digər seckilərdəki kimi bu dəfə də, total şəkildə saxtakarliğa hazırlaşır. Belə ki, ölkədə şəffaf, demokratik seçki üçün şərait müşahidə olunmur.

Xüsusilə də, İlham Əliyevin namizədliyinin üçüncü dəfə qeydə alınması elementar demokratik prinsiplərin kobud şəkildəe pozulması kimi qiymətləndirilir. Bu kimi neqativ hallar ölkəmizdə faktiki olaraq ailə monarxiyasının diktə etdiyinə bir daha şahidlik edir.

Digər dövrlərdə oldugu kimi indi də seçki öncəsi vəziyyət ciddi narahatlıq yaradır. Bu dəfə də azərbaycandakı klan hakimiyyəti seçkilərə çoxlu sayda siyasi məhbuslarla gedir. Siyasi rəqiblərin müxtəlif bəhanə və ittihamlarla həbs etdirilməsi praktikası ölkədə geniş yayılmış siyasi əxlaqa zidd hərəkətlərdeə biri olaraq qalmaqdadır. Avstriya Azərbaycanlıları cəmiyyəti olaraq, hakimiyyəti seçki öncəsi siyasi opponentlərinə qarşı dözümlü olmağa və siyasi məhbusları azad etməyə çağırırıq. Eləcədə,

Avropada yaşayan həmvətənlərimizin böyük əksəriyyəti Prof. Cəmil Həsənlinin namizədliyini alqışlayır və ona siyasi dəstəyini ifadə edir. Paralel olaraq sərəncamlarında olan bütün resurslardan istifadə edib, C.Həsənlinin seçki kampaniyasında ona yardım olacaqlarını bildirir. Eyni zamanda bütün seçicilərə müraciət edib seçki günü onların Milli Şuranın vahid namizədi Prof. C.Həsənliyə səs verməyə və seçki nəticələrinin saxtalaşdırılacağı təqdirdə qanunlara söykənən demokratik vasitələrlə öz səslərini müdafiə etməyə çağırırıq.

Hörmətlə: Avstriya Azərbaycan cəmiyyətinin üvzləri; Hikmət Ibrahimoğlu, Şaiq Xanquliyev, Elxan Abbasov, Elşən Quliyev, Ramil Rasimoğlu, İlkin Allahverdiyev, Etibar Rzayev, Natiq Xanquliyev, Samir Möhbaliyev, Elcin Səlimov və digər soydaşlarımız. Wels. 27 Sentyabr 2013.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar