ABŞ senatoru Putini və Lavrovu təhqir etdi

ABŞ senatoru Con Makkeyn Rusiya prezidenti Vladimir Putinin və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ünvanına təhqiramiz ifadələr işlədib.Virtualaz.org xəbər verir ki, “Fox News Sunday” proqramında çıxış edən Makkeyn ABŞ prezidenti Donald Trampın Ağ Evdə Sergey Lavrovu qəbul etməsinə münasibət bildirərək deyib ki, Rusiya XİN başçısının “oval kabinetdə işi yoxdur”.

Siyasətçi Lavrovu “quldur və qatilin oyuncağı” və Vladimir Putinin “təşviqatçısı və əlaltısı” adlandırıb. Senator Rusiya prezidentini Hələbdəki xəstəxanalara yüksək dəqiqliyə malik silahlarla zərbə endirməkdə ittiham edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar