Rusiya Ermənistana yenə silah göndərir - Rəsmi

Rusiya bu il Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrinə yeni silah sistemləri, o cümlədən vertolyotlar və müdafiə sistemləri göndərməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bunu Rusiya Federal Hərbi Texniki Əməkdaşlıq Xidmətinin rəhbəri Dmitri Şuqayev “Sputnik” agentliyinə açıqlamasında söyləyib. O, aviasiya və hava hücumundan müdafiə silahlarının göndərilən hərbi yardım içərisində üstünlük təşkil edəcəyini bildirib.

Qeyd edək ki, KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan və Tacikistan daxildir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar