Maliyyə Nazirliyinin "Azər-Türk Bank"da yerləşdirdiyi depozitin məbləği 6 dəfə azalıb

maliyye_nazirliyi_ministry_of_finance_250914_0131 dekabr 2016-cı il tarixinə Maliyyə Nazirliyi "Azər-Türk Bank" ASC-də 48,372 mln. manat məbləğində depozit yerləşdirib."APA-Economics" xəbər verir ki, bu barədə bankın 2016-cı il üzrə maliyyə hesabatında deyilir. Hesabat "Ernst&Young CIS" audit şirkəti tərəfindən aparılıb.

Bu depozitin müddəti 2020-ci il ərzində başa çatır və üzərinə aylıq LİBOR üstə gəl 1,75% dərəcəsi ilə illik faiz hesablanır. Bu vəsait bir əlaqəli tərəf olan şirkətə verilmiş krediti yenidən maliyyələşdirmək üçün istifadə edilib. Verilmiş kreditin müddəti 2020-ci ildə başa çatır və üzərinə 2% üstə gəl aylıq LİBOR dərəcəsi ilə illik faiz hesablanır.

O da bildirilir ki, 48,271 mln. manat məbləğində nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisəyə verilmiş korporativ kredit Maliyyə Nazirliyindən alınmış vəsaitlərin payına düşüb.

Xatırladaq ki, 2015-ci ilin sonuna Maliyyə Nazirliyinin dövlət bankında yerləşdirdiyi depozitin məbləği 308,571 mln. manat olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar